Xəzər Xəbər

Rusiyalı əfsanə karyerasını başa vurdu

İdman | 17:52 • 8 Noyabr 2018
Rusiyalı əfsanə karyerasını başa vurdu

Rusiya millisinin sabiq üzvü Andrey Arşavin karyerasını başa vurub.

Bu barədə 37 yaşlı oyunçu özü məlumat verib. Arşavin məşqçi kimi işləmək istədiyini bildirib.

Qeyd edək ki, Arşavin 2016-cı ildə "Kuban"dan "Kayrat"a keçib. O, Qazaxıstan klubunda 100 oyuna 30 qol vurub və bu mövsüm Qazaxıstan çempiontında gümüş medal qazanıb. Arşavin "Zenit" və "Arsenal"da da çıxış edib.

Xəbər lenti