Xəzər Xəbər

"Real" bu futbolçu üçün 214 milyon avro təklif ETDİ

İdman | 16:33 • 8 Noyabr 2018
"Real" bu futbolçu üçün 214 milyon avro təklif ETDİ

Futbolda baş verən maliyyə fırıldaqları ilə bağlı məlumatlar yayımlamaqla məşhurlaşan "Football Leaks" daha bir şok xəbərlə gündəmə gəlib.


Ötən gün Fransanın "Mediapart" adlı xəbər portalı "Football Leaks"ə istinadən Kilian Mbappe ilə bağlı xəbər yayımlayıb. Xəbərdə bildirilir ki, 20 yaşlı hücumçu 2017-ci ilin yayında "Real"a transfer oluna bilərmiş.


İddialara görə, "Monako" "Kral Klubu"dan onun üçün gələn 180 milyon avroluq təklifi qəbul edib. İspaniya hökumətinin tətbiq etdiyi vergilərlə birlik transferin dəyəri 214 milyon avroya qalxıb. Amma son anda iki klub arasında anlaşma pozulub.


Belə ki, "Monako" 34 milyon avroluq vergini ödəməkdən imtina edib. Bu səbəbdən də transfer baş tutmayıb. Bundan sonra "Monako" onu PSJ-yə satıb.


Qeyd edək ki, PSJ gənc futbolçunu ötən ilin yayında 45 milyon avroya icarəyə götürüb. Bu yay isə 135 milyon avro ödəyərək transfer hüququnu alıb.


Fanat.Az

Xəbər lenti