Xəzər Xəbər

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun görüşləri keçiriləcək

İdman | 08:42 • 8 Noyabr 2018
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun görüşləri keçiriləcək

Noyabrın 8-də UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin dördüncü turunun görüşləri keçiriləcək.


Gün ərzində 24 qarşılaşma oynanılacaq. Turnirin E qrupunda yer alan Ağdamın "Qarabağ” komandası səfərdə Ukraynanın "Vorskla” kollektivinin qonağı olacaq. Bu qrupun digər oyununda "Arsenal” Portuqaliyanın "Sportinq” komandasını qəbul edəcək.


Gün ərzində aşağıdakı görüşlər oynanılacaq:


A qrupu: "Bayer Leverkuzen” (Almaniya) – "Sürix” (İsveçrə)


"Ludoqorets” (Bolqarıstan) – "AEK Larnaka” (Kipr)


B qrupu: "Seltik” (Şotlandiya) - "Leypsiq” (Almaniya)


"Rusenborq” (Norveç) - "Zaltsburq” (Avstriya),


C qrupu: "Bordo” (Fransa) - "Zenit” (Rusiya)


"Slaviya Praqa” (Çexiya) - "Kopenhagen” (Danimarka)


D qrupu: "Fənərbağça” (Türkiyə) - "Anderlext” (Belçika)


"Dinamo Zaqreb” (Xorvatiya), "Spartak Trnava” (Slovakiya);


E qrupu: "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan)


"Arsenal” (İngiltərə) - "Sportinq” (Portuqaliya)


F qrupu: "Olimpiakos” (Yunanıstan) - "Düdelanj” (Lüksemburq)


"Betis” (İspaniya) - "Milan” (İtaliya)


G qrupu: "Rapid” (Avstriya) - "Vilyarreal” (İspaniya)


"Spartak Moskva” (Rusiya) - "Qlazqo Reyncers” (Şotlandiya)


H qrupu: "Apollon Limasol (Yunanıstan) - "Ayntraxt” (Almaniya)


"Latsio” (İtaliya) - "Marsel” (Fransa)


I qrupu: "Genk” (Belçika) – "Beşiktaş” (Türkiyə)


"Malmö” (İsveç) - "Sarpsborq” (Norveç)


J qrupu: "Akhisar Belediyespor” (Türkiyə) - "Sevilya” (İspaniya)


"Krasnodar” (Rusiya) - "Standard Liq” (Belçika)


K qrupu: "Astana” (Qazaxıstan) – "Yablonets” (Çexiya)


"Dinamo” (Ukrayna) - "Renn” (Fransa)


L qrupu: BATE (Belarus) - "Çelsi” (İngiltərə)


"Videoton” (Macarıstan) - PAOK (Yunanıstan)


Tur çərçivəsində iki görüş saat 19:50-də, 11 qarşılaşma saat 21:55-də, digər 11 matç isə gecə saat 12-də başlayacaq.


UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. (AZƏRTAC)

Xəbər lenti