Xəzər Xəbər

"Yuventus" daha bir ulduzu "Real"ın əlindən alır

İdman | 17:07 • 7 Noyabr 2018
"Yuventus" daha bir ulduzu

Mövsümün əvvəlində Kriştiano Ronaldonu transfer edən "Yuventus" "Real"ın daha bir ulduzuna elçi düşüb.


"Don Balon" xəbər verir ki, Turin klubu Luka Modriçi heyətinə qatmaq istəyir. Onunla həmçinin ABŞ və İngiltərə klublarının da maraqlandığı deyilir.


Qeyd edək ki, Modriç 2012-ci ildə "Tottenhem"dən "Real"a 30 milyon avroya transfer olunub. O, cari mövsümdə meydana çıxdığı 15 rəsmi matçda 2 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar