Xəzər Xəbər

UEFA Çempionlar Liqasında dördüncü tura yekun vurulacaq

İdman | 11:43 • 7 Noyabr 2018
UEFA Çempionlar Liqasında dördüncü tura yekun vurulacaq

Noyabrın 7-də futbol üzrə UEFA Çempionlar Liqasının dördüncü turuna yekun vurulacaq.


Turun mərkəzi qarşılaşması "H” qrupunda oynanılacaq. "Yuventus” (İtaliya) doğma meydanda "Mançester Yunayted” (İngiltərə) komandasını qəbul edəcək. Komandalar arasında İngiltərədə keçirilən oyunda italyanlar minimal hesablı qələbə qazanıblar - 1:0. Qrupun digər oyununda İsveçrənin "Yanq Boyz” klubu səfərdə İspaniyanın "Valensiya” komandası ilə üz-üzə gələcək.


Turnirin son qalibi İspaniyanın "Real Madrid” klubu Çexiya səfərinə yollanacaq. "Kral” klubu "Viktoriya Plzen” komandasının qonağı olacaq. Üçüncü turda "Real Madrid” doğma meydanda Çexiya təmsilçisindən 2:1 hesabı ilə üstün olub. Qrupun digər oyununda ÇSKA (Rusiya) İtaliyanin "Roma” klubunu qəbul edəcək.


Turun digər oyunları bunlardır:


"E” qrupu


"Bavariya” (Almaniya) – AEK (Yunanıstan),


"Benfika” (Portuqaliya) – "Ayaks” (Niderland).


"F” qrupu


"Lion” (Fransa) - "Hoffenhaym” (Almaniya),


"Mançester Siti” (İngiltərə) – "Şaxtyor” (Donetsk, Ukrayna).


"G” qrupu


ÇSKA (Moskva, Rusiya) – "Roma” (İtaliya),


"Viktoriya Plzen” (Çexiya) – "Real Madrid” (İpaniya).


"H” qrupu


"Valensiya” (İspaniya) – "Yanq Boyz” (İsveçrə),


"Yuventus” (İtaliya) – "Mançester Yunayted”.


Qeyd edək ki, ÇSKA – "Roma” və "Valensiya”- "Yanq Boyz” oyunu UEFA-nın yeni reqlamentinə görə, Bakı vaxtı ilə saat 21:55-də, digər qarşılaşmalar isə saat 00:00-da başlayacaq.

Xəbər lenti