Oktyabrın 12-də futbol üzrə UEFA Millətlər Liqasında üçüncü turun növbəti oyunlari keçiriləcək.
Xezerxeber.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq. Rusiyada keçirilən sonuncu dünya çempionatının finalçısı, A liqasının 4-cü qrupunda yer alan Xorvatiya millisi "Rujevika” stadionunda İngiltərə yığmasını qəbul edəcək.
Digər maraqlı qarşılaşmalardan biri A liqasının 2-ci qrupunda oynanılacaq. İsveçrə millisi Belçika yığmasının qonağı olacaq.
B liqasının 3-cü qrupunda yer alan Avstriya seçməsi Şimali İrlandiya yığmasını qəbul edəcək.
C liqasının 2-ci qrupunda iki qarşılaşma baş tutacaq. Estoniya yığması Finlandiya millisi, Yunanıstan seçməsi isə Macarıstan komandasını sınağa çəkəcək.
Azərbaycan milli komandasının yer aldığı D Liqasının 2-ci qrupunda Belarus-Lüksemburq və Moldova-San-Marino görüşləri oynanılacaq.