Xəzər Xəbər

UEFA Millətlər Liqasının üçüncü turunun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 08:48 • 12 Oktyabr 2018
UEFA Millətlər Liqasının üçüncü turunun növbəti oyunları keçirilib -

Oktyabrın 11-də UEFA Millətlər Liqasının üçüncü turunun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, A liqasının 3-cü qrupunda yer alan Portuqaliya yığması səfərdə Polşa seçməsi ilə qarşılaşıb. Portuqaliyalılar oyunun ilk dəqiqələrində hesabda geri düşüb. Qarşılaşmanın 18-ci dəqiqəsində Krizistof Piatek fərqlənib. Oyunun favoriti sayilan qonaqlar birinci hissənin sonralarına yaxın iki qol vuraraq (Andre Silva, Kamil Qlik) birinci hissəyə 2:1 hesablı üstünlüklə yollanıb.


Fasilədən sonra Portuqaliya millisi yenidən fərqlənib. Vilyam Karvalyonun ötürməsini "Mançester Siti”nin hücumçusu Bernardo Silva dəqiq zərbə ilə tamamlayıb - 1:3.


Oyunda son nöqtəni polşalılar qoyub. Robert Levandovskinin ötürməsini Yakub Blaşikovski qola çevirib - 2:3. Bu qələbə ilə Portuqaliya millisi xallarının sayını 6-ya çatdıraraq qrupda birinci pillədə yerini möhkəmlədib. Polşa millisi isə 1 xalla üçüncü yerdədir.


Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. D liqasında 3-cü qrupda yer alan Azərbaycan seçməsi səfərdə Farer Adaları yığması ilə qarşılaşıb. Paytaxt Torshavndakı "Torsvollur” stadionunda keçirilən oyunda Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Qrupun digər oyununda Kosovo millisi Maltanı qəbul edib. Matç Kosovonun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Üç turdan sonra Qurban Qurbanovun yetirmələri 5 xalla qrupda ikinci pilləyə yüksəliblər. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədə qərarlaşıb.


Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:


B liqası 2-ci qrupu


Rusiya - İsveç - 0:0


C liqası 1-ci qrup


İsrail - Şotlandiya - 2:1


C liqası 4-ci qrup


Montenegro - Serbiya - 0:2


Litva - Rumıniya - 1:2

Xəbər lenti