Xəzər Xəbər

Faiq Qarayev istefa verdi

İdman | 18:31 • 11 Oktyabr 2018
Faiq Qarayev istefa verdi
Faiq Qarayev istefa verib.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib. 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.

O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi verəcək.

F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.(report.az)

Xəbər lenti