Xəzər Xəbər

Həbib Nurməhəmmədov ikinci pilləyə yüksəldi

İdman | 13:52 • 9 Oktyabr 2018
Həbib Nurməhəmmədov ikinci pilləyə yüksəldi

Rusiyalı Həbib Nurməhəmmədov çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı döyüşçüləri (P4P) reytinqində 8-ci yerdən 2-ci pilləyə yüksəlib.


30 yaşlı döyüşçünün Las-Veqasda məğlub etdiyi irlandıyalı Konor Makqreqor isə reytinqdə 2-ci yerdən 8-ə enib.


Reytinq cədvəli Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirindən sonra yenilənib. Rusiyalı döyüşçünün yüngül çəkidə irlandiyalı Makqreqor üzərində qələbə qazanaraq, çempion titulunu qoruması döyüşçülərin cədvəldə yerlərinin bu sırada dəyişilməsinə səbəb olub.


Reytinqdə ilk sırada amerikalı döyüşçü Deniel Kormye qərarlaşıb. Onun həmyerlisi Ti Cey Dillaş isə 3-cü pillədədir.

Xəbər lenti