Xəzər Xəbər

Remzi üçün nəhənglər hərəkətə keçdi

İdman | 18:07 • 8 Oktyabr 2018
Remzi üçün nəhənglər hərəkətə keçdi

"Arsenal"la 2019-cu ildə müqaviləsi başa çatacaq Aaron Remzi ilə nəhəng klublar maraqlanırlar.

Uels millisinin üzvü üçün "Çelsi", "Liverpul" və "Mançester Yunayted"in ardından "Yuventus"la "Milan" da hərəkətə keçiblər. İngiltərə mətbuatında yer alan xəbərə görə, 27 yaşlı yarımmüdafiəçi "topçular"da həftəlik 390 min funt-sterlinq qazanan mesut Özillə eyni maaşı qazanmaq istəyir.

Qeyd edək ki, Remzi 2008-ci ildə "Kardiff Siti"dən London klubuna 4,8 milyon funt-sterlinqə keçib.

Xəbər lenti