Xəzər Xəbər

PSJ-nin prezidenti: "Real"ın davranışları xoşumuza gəlmədi"

İdman | 15:02 • 14 Sentyabr 2018
PSJ-nin prezidenti:

PSJ-nin prezidenti Naser Əl-Xələfi komandanın ulduzu Neymarla Madrid "Real"ının maraqlanması iddiaları ilə bağlı açıqlama verib.

"Kral klubu"nu ittiham edən başqan bunları söyləyib:

 "Real"ın davranışları xoşumuza gəlmədi, onlarla bu barədə danışdıq. "Real"ın prezidenti Florentino Peresə hörmətimiz böyükdür, amma insanların arxasından iş çevirməsi düzgün deyil. Əgər danışıqlar lazım gəlsə, üz-üzə edərik. Ümid edirəm ki, "Real" bir daha belə addım atmaz".

Qeyd edək ki, "Real"ın Neymarın atası ilə transfer məsələsində danışıqlar apardığı iddia edilirdi.

Xəbər lenti