Xəzər Xəbər

Britaniya mətbuatı: Mesut Özil “Fənərbaxça”ya gəlir

İdman | 17:35 • 10 Sentyabr 2018
Britaniya mətbuatı:

Britaniya mətbuatı yeni sezona yeni rəhbərlik, texniki heyət və futbolçularla başlamış "Fenerbahçe” futbol klubu haqqında sensasion iddia irəli sürüb.

Britaniyanın "The Daily Star” qəzeti "Arsenal”dan çıxmağa hazırlaşan Mesut Özilin "Fenerbahçe”yə transfer etmək istənildiyini yazıb.

Lakin "Arsenal” da futbolçusunu asanca təslim etməyəcək.

Britaniya mətbuatı 4-cü həftəsini geridə qoyduğumuz Premyer Liqanın 3-cü həftəsindəki qarşılaşmada iştirak etməmiş Özilin həftəiçi məşqlərdə olmayacağını öyrəndikdən sonra Unai Emeri ilə mübahisəsi olduğunu bildirmişdi.

"Fenerbahçe”nin isə bu durumdan fürsət kimi istifadə edəcəyi, amma bunun o qədər də asan olmadığı vurğulanıb. Buna səbəb komandanın iqtisadi vəziyyətidir.

Xəbər lenti