Xəzər Xəbər

Premyer Liqa klubundan transfer şousu: 5 futbolçu ilə müqavilə bağlandı

İdman | 11:52 • 10 Avqust 2018
Premyer Liqa klubundan transfer şousu:

"Fulhem" İngiltərədə transfer pəncərəsinin son günündə 5 futbolçunu heyətinə qatıb.

London klubu "Sevilya"dan İspaniya millisinin də üzvü olan 24 yaşlı qapıçı Serxio Riko, Madrid "Atletiko"sundan argentinalı hücumçu Lusiano Viettovə "Mançester Yunayted"dən 20 yaşlı hollandiyalı müdafiəçi Timoti Fosu-Mensah icarəyə götürülüblər.

Premyer Liqa klubu "Marsel"in 22 yaşlı kamerunlu yarımmüdafiəçisi Andre Zambo-Andrissanı və "Bristol Siti"nin 24 yaşlı ingilis sol cinah müdafiəçisi Co Brayanı transfer edib. Zambo-Andrissanın transferi 34, Brayanın isə 6,7 milyon avroya başa gəlib.

Xəbər lenti