Xəzər Xəbər

"Lester Siti" Türkiyə millisinin üzvünü transfer etdi

İdman | 12:03 • 9 Avqust 2018
"Lester Siti" Türkiyə millisinin üzvünü transfer etdi

Almaniyanın "Frayburq" klubunda forma geyən Türkiyə millisinin üzvü Çağlar Söyüncü karyerasını İngiltərədə davam etdirəcək.

22 yaşlı müdafiəçi "Lester Siti" ilə anlaşıb. "Tülkülər" bu keçid üçün Bundesliqa təmsilçisinə 25 milyon avro ödəyəcək. Bu transfer gün ərzində rəsmi şəkildə açıqlanacaq.

22 yaşlı müdafiəçi "Altınordu" yetirməsidir. Çağlar 2016-cı ildə "Frayburq"a transfer olub. Onun başqa kluba transferindən "Altınordu" 25 faiz pay alacaq.

Xəbər lenti