Xəzər Xəbər

“Çelsi”nin qapısını Kepa Arisabalaqa qoruyacaq

İdman | 09:18 • 9 Avqust 2018
“Çelsi”nin qapısını Kepa Arisabalaqa qoruyacaq

İngiltərənin "Çelsi” klubu Tibo Kurtuanın əvəzləyicisini tapıb.


Xezerxeber.az xəbər verir ki, İspaniyada "Atletik Bilbao” klubunda çıxış edən 23 yaşlı Kepa Arisabalaqa yeni mövsümdən "Çelsi”yə transfer olunur. Londona yollanan qapıçı ilə beşillik müqavilənin imzalanması nəzərdə tutulur.


Daha əvvəl yerli KİV bildirirdi ki, klub Kepa üçün 80 milyon avro ödəməyə razılıq verib.


K.Arisabalaqa 2016-ci ildən Bilbao təmsilçilərinin şərəfini qoruyub. Kepa Arisabalaqa İspaniya "La Liqası”nda iki mövsümdə 54 oyuna çıxıb, onların 15-də qapısını toxunulmaz saxlayıb.


Bununla da Kepa futbol tarixinin ən bahalı qapıçısı və İspaniyanın ən bahalı futbolçusuna çevrilib. Bundan əvvəl ən bahalı qapıçı bu yay İtaliyanın "Roma” klubundan İngiltərənin "Liverpul” komandasına transfer olunan braziliyalı Alisson Beyker olub ( 72,5 milyon avro).

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti