Türkiyə Super Kuboku oyununda "Akhisarspor” ölkə çempionu "Qalatasaray”la görüşüb.
Oyun Türkiyə Kubokunun sahibi – "Akhisarspor”un qələbəsi ilə yekunlaşıb. Oyunda qalib yalnız penalti seriyasında müəyyən olunub.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Yevgeniy Seleznyovun 5-ci dəqiqədə vurduğu qola "aslanlar” yalnız 79-cu dəqiqədə cavab veriblər. Fərqlənən Eren Derdiyok olub.
Penalti seriyası isə 4:5 hesabı ilə başa çatıb. "Qalatasaray”ın heyətində Bafetimbi Qomis penaltini reallaşdıra bilməyib.