Xəzər Xəbər

Qurbanov "Qarabağ"ın qələbəsindən danışdı

İdman | 11:49 • 12 İyul 2018
Qurbanov "Qarabağ"ın qələbəsindən danışdı

Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sloveniyada "Olimpiya"nı 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, Lyublyana təmsilçisi bir daha yaxşı komanda olduğunu nümayiş etdirib. O, komandasının meydanda çoxlu güc sərf etdiyini də vurğulayıb.

"Düzdür, bu gün (iyulun 11-də - red) minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Cavab görüşünə tam ciddi hazırlaşmalıyıq", - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiya" matçı saat 21:00-da başlanacaq.

Xəbər lenti