Xəzər Xəbər

Riyad Mahrez "Mançester Siti"də!

İdman | 12:30 • 11 İyul 2018
Riyad Mahrez "Mançester Siti"də!

Son İngiltərə çempionu "Mançester Siti" heyətini gücləndirib.

"Şəhərlilər" uzun müddətdir ki, heyətinə cəlb etmək istədiyi Riyad Mahrezi "Lester Siti"dən transfer edib. Mançester təmsilçisi bu keçid üçün 68 milyon avro təzminat ödəyib. Əlcəzair millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

27 yaşlı yarımmüdafiəçi 2014-cü ildən "Lester Siti"də çıxış edirdi.

Xəbər lenti