Xəzər Xəbər

Dünya Çempionatında YARIMFİNAL HƏYƏCANI - Fransa Belçikaya qarşı

İdman | 12:25 • 10 İyul 2018
Dünya Çempionatında

Bu gün Dünya Çempionatında ilk finalçının adı məlum olacaq.

XəzərXəbər xəbər verir ki, növbəti mərhələyə vəsiqə üçün Fransa və Belçika milliləri mübarizə aparacaq.

Fransa, onsuz da, mundialın 5 favorit komandasından biri hesab edilirdi. Lakin onun rəqibi Belçika öz performansı və güclü komandaları mundialdan kənarlaşdırmaqla DÇ-2018-in sürpriz komandalarından oldu.

Qeyd edək ki, Fransa 1/8 finalda Argentina, 1/4-də isə Uruqvayı evinə göndərib. Belçika isə müvafiq olaraq Yaponiya və beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb.

DÇ-2018

Yarımfinal

10 iyul

22:00 Fransa – Belçika

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

11 iyul

22:00.Xorvatiya - İngiltərə

Xəbər lenti