Xəzər Xəbər

`Barselona` Braziliyadan daha bir futbolçu gətirdi

İdman | 11:40 • 10 İyul 2018
`Barselona` Braziliyadan daha bir futbolçu gətirdi

İspaniya La Liqasının əsas komandalarından olan"Barselona" Braziliyanın "Gremio" klubunun yarımmüdafiəçisi Artur Melonu transfer edib.

Katalon klubundan verilən rəsmi açıqlamada 21 yaşlı futbolçunun satın alınmasının ötən ay həyata keçirildiyi bildirilir.

Artur Melo üçün braziliyalılara 31 milyon avro ödənilib. Futbolçunun şəxsi bacarıqlarına görə isə ona əlavə 9 milyon avro ödəniləcək. Futbolçu 2023-2024 sezonunun sonuna qədər "Barselona" forması geyinəcək.

"Barselona" 6 illik müqavilə imzaladığı Artura 400 milyon avro sərbəst qalma qiyməti qoyub.

Xəbər lenti