Xəzər Xəbər

“Futbol oynamaq üçün yenidən güc tapmaq çətindir” Neymar

İdman | 10:51 • 8 İyul 2018
“Futbol oynamaq üçün yenidən güc tapmaq çətindir”
raziliya millisinin üzvü Neymar dünən dünya çempionatının ¼ final mərhələsində Xorvatiyaya uduzduqları oyundan danışıb.

"Qafqazinfo” xəbər verir ki, "sambaçılar”ın ulduzu futbol oynamaq üçün yenidən güc tapmağın çətin olduğunu bildirib:

"Mənim karyeramın ən kədərli anlarından biridir. Çox ağırdır və biz bilirdik ki, daha artığını edə bilərik. Tarix yazmaq gücümüz var idi. Bu dəfə bacarmadıq. Futbol oynamaq üçün yenidən güc tapmaq çətindir. Amma əminəm ki, Allah öhdəsindən gəlməyim üçün mənə yenidən güc verəcək.

Ona görə də mən, hətta bu məğlubiyyətdən sonra Allaha dua etməkdən əl çəkməyəcəm. Braziliyanın bir hissəsi olmaq şərəfdir və fəxr edirəm. Arzum gerçəkləşmədi və dünya çempionu olmaq düşüncəm bir müddətlik qalır”.

Xəbər lenti