Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ¼ final mərhələsinə start verilib.
Xezerxeber.az-ın məlumatına görə, Kazanda Brazilya ilə Belçika qarşılaşıb.
Görüş Belçikanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Belçika yığması ½ finala vəsiqə qazanıb.
Bundan əvvəl Fransa yığması Uruqvayı 2:0 hesab ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.