Xəzər Xəbər

"Atletiko" "Monako"nun futbolçusunu transfer etdi

İdman | 13:07 • 13 İyun 2018
"Atletiko" "Monako"nun futbolçusunu transfer etdi

Madridin "Atletiko" klubu heyətini gücləndirib.

"Hindular" "Monako"da Tomas Lemarı transfer edib. Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə dünya çempionatından sonra rəsmi müqavilə bağlanılacaq. Transferin detalları barədə açıqlama verilməsə də, Fransa mətbuatı bu keçidin bonuslarla birgə 72 milyon avroya başa gəldiyini qeyd edir.

Qeyd edək ki, Fransa millisinin üzvü "Monako"ya 2015-ci ildə "Kan"dan transfer olub.

Xəbər lenti