Xəzər Xəbər

Demba Ba yenidən “Çin karvanı”na qoşuldu

İdman | 13:04 • 13 İyun 2018
Demba Ba yenidən “Çin karvanı”na qoşuldu

"Göztəpə" ilə müqaviləsi başa çatan Demba Banın yeni klubu bəlli olub.

"Beşiktaş"a keçəcəyi gözlənilən seneqallı hücumçu Çindən aldığı təklifdən ağlı başından çıxıb. 32 yaşlı forvard "Şanxay Şenhua"nın illik 6 milyon avroluq maaş təklifini qəbul edib. Ba 3 illik müqavilə imzalamaq üçün Çinə yollanıb.

Qeyd edək ki, Demba Ba daha öncə də "Şanxay Şenhua" klubunda çıxış edib. O, "Göztəpə"yə məhz bu komandadan keçmişdi.

Xəbər lenti