Xəzər Xəbər

Çempionlar Liqasının ilk püşkü atıldı "Qarabağ"ın rəqibi...

İdman | 15:56 • 12 İyun 2018
Çempionlar Liqasının ilk püşkü atıldı

Futbol üzrə Çempionlar Liqasında ilkin mərhələnin püşkü atılıb.

Püşk nəticəsində 4 komandanın iştirakı ilə Cəbəllütariqdəki "Viktoriya" stadionunda keçiriləcək mini-turnirin yarımfinal mərhələsinin tərkibi müəyyənləşib.

Qeyd edək ki, bu komandalardan yalnız biri növbəti mərhələyə vəsiqə qazanacaq. İyulun 26-da yarımfinal görüşləri, iyunun 29-da isə final matçı olacaq. Qalib komanda I təsnifat mərhələsinə vəsiqə qazanacaq. Məğlub komandalar isə Avropa Liqasının II təsnifat mərhələsinə yollanacaq.

Çempionlar Liqası

Çempionlar Yolu. İlkin mərhələ

"Santa Koloma” (Andorra) - "Drita” (Kosovo)

"La Fiorita” (San-Marino) - "Linkoln” (Cəbəllütariq)

Qalib mübarizəyə I təsnifat mərhələsindən qatılacaq təmsilçimiz "Qarabağ”ın potensial rəqiblərindən biri olacaq.


Xəbər lenti