Xəzər Xəbər

"Neftçi" "Sumqayıt"ın daha bir futbolçusunu transfer etdi

İdman | 15:23 • 12 İyun 2018
"Neftçi" "Sumqayıt"ın daha bir futbolçusunu transfer etdi

"Neftçi” daha bir transferini rəsmiləşdirib.

"Sumqayıt"dan ayrılan Rəşad Eyubovla 1 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.

Rəşad Eyubov ötən mövsümü "Sumqayıt” klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib.


Qeyd edək ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi "Sumqayıt"dan Tural Axundov və "Kəpəz"dən braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.

Xəbər lenti