Xəzər Xəbər

Patrik Klyuvertin oğlu "Roma"ya transfer olundu

İdman | 14:44 • 12 İyun 2018
Patrik Klyuvertin oğlu "Roma"ya transfer olundu

Transferlərdən doymayan "Roma" növbəti futbolçunu heyətinə qatıb.

"Transfer sehrbazı" ləqəbi ilə məşhurlaşan "canavarlar"ın idman direktoru Ramon Monçi daha bir gənc oyunçunun keçidini həll edib. "Ayaks"ın vingeri Castin Kluyvert "Roma" ilə razılığa gəlib. Paytaxt klubu 19 yaşlı futbolçunun transferi üçün Amsterdam klubuna 18 milyon avro ödəyib.

Hollandiya millisinin üzvü olan Castin məşhur hücumçu Patrik Kluyvertin oğludur.

"Roma" daha öncə Zaqreb "Dinamo"sundan Ante Çoriçi 6 milyon avroya transfer etmişdi. "Portu"dan ayrılan İvan Markano isə paytaxt təmsilçisində azad agent statusu ilə keçmişdi. "Atalanta"nın yarımmüdafiəçisi Brian Kristantenin keçidi isə 30 milyon avroya başa gəlmişdi.

Xəbər lenti