Xəzər Xəbər

PSJ futbolçusunu satdı: 50 milyon avroya...

İdman | 15:02 • 11 İyun 2018
PSJ futbolçusunu satdı:

PSJ-nin yarımmüdafiəçisi Qonsalu Qedeş İspaniya La Liqasına transfer olunub.


Gənc futbolçu "Valensiya”ya keçib.


Ötən mövsümü icarə əsasında "yarasalar”da keçirən Portuqaliya millisinin üzvü artıq İspaniya klubuna məxsus olub. Çünki klublar onun birdəfəli transferində ortaq məxrəcə gəliblər. Anlaşmaya əsasən, "Valensiya” 22 yaşlı oyunçu üçün fransızlara 50 milyon avro ödəyəcək.


Qeyd edək ki, Qonsalu Qedeş ötən mövsüm "Valensiya”nın heyətində keçirdiyi 33 oyunda 5 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.


Fanat.Az

Xəbər lenti