Xəzər Xəbər

"Beşiktaş" ulduzunu satır

İdman | 17:16 • 16 May 2018
"Beşiktaş" ulduzunu satır

"Beşiktaş" Rikardo Kuarejmanı satmaq istəyir.


Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Xəbərə görə, Super Liqada çempionluq şansını itirən "qara qartal" xərclərini azaltmaq üçün futbolçu satışına başlayıb.


İstanbul klubu uzun müddətdir ki, Çin klublarının diqqətində olan Kuarejma üçün təkliflərə açıq olduğunu bildirib. "Beşiktaş" futbolçu üçün 10 milyon avro tələb edir.


"Ağ-qaralar"ın başqa futbolçuları da satmaq fikrində olduğu bildirilir.


Fanat.Az

Xəbər lenti