Xəzər Xəbər

Sarrinin əvəzinə Ançelotti?

İdman | 13:59 • 15 May 2018
Sarrinin əvəzinə Ançelotti?

Karlo Ançelottinin yeni iş yeri müəyyənləşə bilər.

Təcrübəli çalışdırıcı "Napoli" ilə danışıqlar aparır. İtaliya mətbuatının yaydığı məlumata görə, Mauritsio Sarri neapolluları tərk etsə, əvəzinə Ançelotti gələcək. Sarrinin taleyinə isə mövsümün son turundan sonra aydınlıq gələcək.

Xatırladaq ki, 58 yaşlı Ançelotti karyerası ərzində "Parma", "Yuventus", "Milan", "Çelsi", PSJ və "Bavariya" kimi klublarda çalışıb.

Xəbər lenti