Xəzər Xəbər

DÇ-2022 12, yoxsa 8 stadionda?

İdman | 17:06 • 13 May 2018
DÇ-2022 12, yoxsa 8 stadionda?

DÇ-2022-nin təşkilat komitəsi Qətərdəki mundialın neçə stadionda keçiriləcəyi ilə bağlı yekun qərarı bu ilin yayında verəcək.

Apasport.az saytının məlumatına görə, bu məsələyə Rusiyada keçiriləcək DÇ-2018-dən sonra tam aydınlıq gələcək.

Təşkilatçılar yarışa ev sahibliyi edə biləcək 12 stadionu artıq müəyyənləşdirib. Lakin qətərlilər FİFA ilə danışıqlar aparıb, bu rəqəmi 8-ə endirmək istəyir. Bu danışıqlar da gələn ay start götürəcək mundialın sonunadək yekunlaşmalıdı.

Qeyd edək ki, Qətərin 7 şəhərində baş tutacaq DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.

Xəbər lenti