Xəzər Xəbər

17 illik yolun sonu çatdı: məşqçilik etməyəcəyini açıqladı

İdman | 16:27 • 13 May 2018
17 illik yolun sonu çatdı:

Joze Mourinyonun "Mançester Yunayted"də məşqçilər heyətində yer alan Rui Foria mövsüm başa çatan kimi komandadan ayrılacağını açıqlayıb.

2002-ci ildən Mourinyonun "sağ əli" olan mütəxəssis məşqçilik etməyəcəyini bildirib. Faria açıqlamasına ailəsi ilə birgə vaxt keçirmək istədiyini söyləyib:

"Hər şeyi düşündüm və getməyə qərar verdim. Fantastik və unudulmaz 17 il keçirdim. Ancaq indi ailəmə vaxt ayırmaq istəyirəm".

42 yaşlı portuqaliyalı mütəxəssis "Portu", "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted" klublarındaJoze Mourinyonun köməkçisi olub.

Xəbər lenti