Xəzər Xəbər

Çingiz Ünderə 3 Avropa nəhəngindən təklif

İdman | 14:37 • 13 May 2018
Çingiz Ünderə 3 Avropa nəhəngindən təklif

"Roma"da sərgilədiyi performansla özündən söz etdirən Çingiz Ünder Avropanın böyük klublarının diqqət mərkəzindədi.


"La Gazetta dello Sport" xəbər verir ki, "Atletiko", "Monako" və Dortmund "Borussiya"sı türk futbolçu üçün İtaliya klubuna müraciət edib.


"Roma" hələlik 20 yaşlı futbolçunu satmaq istəmir. Amma böyük məbləğdə transfer haqqı təklif olunsa, klub fikrini dəyişə bilər.


Qeyd edək ki, Çingiz Ünder bu mövsüm keçirdiyi 31 rəsmi oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti