Xəzər Xəbər

Almaniya Futbol İttifaqı DÇ-2018-in boykot edilməsinin əleyhinədir

İdman | 17:33 • 14 Mart 2018
Almaniya Futbol İttifaqı DÇ-2018-in boykot edilməsinin əleyhinədir

Almaniya Futbol İttifaqının (DFB) prezidenti Raynxard Qrindel Rusiyada keçiriləcək dünya çempionatının boykot edilməsinin əleyhinə olduğunu bildirib.


AZƏRTAC xəbər verir ki, Qrindelin sözlərinə görə, belə bir tədbirin mənası yoxdur və o, yalnız zərər verə bilər.


Qrindel deyib: - DFB boykota yox, dialoqa əsaslanır. Körpü yaratmaq lazımdır. Boykot xeyir verməyəcək. Koreyada keçirilən Olimpiada göstərdi ki, idman münasibətlərdə gərginliyin azaldılmasına və birləşməyə kömək edə bilər.


Bundan əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey vurğulayıb ki, onun ölkəsinin hökuməti Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripalın zəhərlənməsi ilə əlaqədar işdə Rusiyaya münasibətdə həyata keçiriləcək tədbirlərdən biri kimi, 2018-ci il dünya çempionatın boykot edilə bilməsi məsələsinin məmurlar və digər rəsmi nümayəndələrlə müzakirə edəcək.

Xəbər lenti