Xəzər Xəbər

İslandiya əhalisinin azı 20 faizi DÇ-2018-də milli komandanı dəstəkləyəcək

İdman | 17:33 • 14 Mart 2018
İslandiya əhalisinin azı 20 faizi DÇ-2018-də milli komandanı dəstəkləyəcək

İslandiya Futbol Assosiasiyasının prezidenti Qundi Berqsson bildirib ki, 2018-ci il dünya çempionatında ölkə əhalisinin azı 20 faizi milli komandanı dəstəkləyəcək.


AZƏRTAC xəbər verir ki, İslandiya builki dünya çempionatında çıxış edəcək ölkələr arasında əhalisi ən az dövlətdir. Burada təxminən 330 min sakin yaşayır.


Berqsson deyib: -Azarkeşlərimiz üçün ayrılmış kvotanın 80 faizi artıq alınıb. Deyə bilərəm ki, İslandiya yığmasının azarkeşlərinin sayı Avropa çempionatındakı azarkeşlərinin sayından az olmayacaq. Onların sayı ölkə əhalisinin ümumi sayının təxminən 20 faizi qədər olacaq. Azarkeşlərin çoxu heç olmasa bircə matça tamaşa etmək xatirinə məzuniyyətini Rusiyada keçirməyi planlaşdırır. Mənim fikrimcə, bu, çox yaxşı haldır və mən tam əminəm ki, Rusiyaya gələn hər kəs maksimum zövq alacaq, Rusiya təbiətinin gözəlliklərini və həqiqi rus qonaqpərvərliyini qiymətləndirə biləcək.


Xatırladaq ki, dünya çempionatı matçları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 12 şəhərindəki 11 stadionda keçiriləcək.


İslandiya qrup turnirində Argentina (16 iyun, Moskva), Nigeriya (22 iyun, Volqoqrad) və Xorvatiya (26 iyun, Rostov-Don) milli komandaları ilə görüşəcək.

Xəbər lenti