Xəzər Xəbər

Fellaini "Beşiktaş"a transfer olacaq

İdman | 14:45 • 14 Fevral 2018
Fellaini "Beşiktaş"a transfer olacaq

"Mançester Yunayted"in yarımmüdafiəçisi Maruan Fellaininin adı son Türkiyə çempionu "Beşiktaş"la hallanmaqda davam edir.

Belçikalı futbolçu "Beşiktaş"la anlaşma əldə edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Mövsümün sonunda "qırmızı şeytanlar"la müqaviləsi başa çatacaq Fellaini "qara qartallar"a azad agent statusu ilə keçəcək.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2013-cü ildən "Mançester Yunayted"də çıxış edir.

Xəbər lenti