Xəzər Xəbər

26 yaşında futboldan getdi Həkimin tövsiyəsi ilə

İdman | 14:09 • 14 Fevral 2018
26 yaşında futboldan getdi

Ötən mövsüm "Stemford Bric”də oynanan matçda rəqibi Geri Cahillə toqquşaraq kəllə sümüyünü qıran Rayn Mason futbola vida edib.

Tibbi müayinənin nəticəsinə görə, Mason artıq futbol karyerasını davam etdirə bilməz:

"Fizioterapevtlər mənə futbola son verməyi tövsiyə etdi. Meydana qayıtmaq üçün çox cəhd etdim. Ancaq həkimlər icazə vermədi. Başımın formasının pozulmasına səbəb olan o zədə sağlamlığım üçün ciddi riskdir”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 69 matça çıxan futbolçu 2014-cü ildə "Tottenhem”in A komandasına keçmiş və daha sonra "Hall Siti”yə transfer olmuşdu.

Xəbər lenti