Xəzər Xəbər

Bu axşam Ronaldo Neymarla qarşılaşacaq

İdman | 13:39 • 14 Fevral 2018
Bu axşam Ronaldo Neymarla qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində növbəti oyunlar keçiriləcək.

Turnirin son qalibi "Real Madrid” doğma meydanda PSJ-ni qəbul edəcək. Bu komandalar indiyədək beş dəfə qarşılaşıblar. Bu oyunların üçündə İspaniya klubu qələbə qazandığı halda, birində PSJ üstün olub. Bir dəfə isə görüş qolsuz bərabərliklə yekunlaşıb. Görüş Ronaldo-Neymar dueli kimi qiymətləndirilir.

Günün digər görüşündə isə "Liverpul” səfərdə "Porto”nun qonağı olacaq. İndiyədək iki dəfə üz-üzə gələn komandaların görüşünün biri heç-heçə, digər oyun isə ingilislərin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər lenti