Xəzər Xəbər

"Neftçi"nin yeni hədəfi "Dinamo"dan!

İdman | 14:43 • 13 Fevral 2018
"Neftçi"nin yeni hədəfi

"Neftçi” Moskvanın "Dinamo” klubunda oynayan Hali Tiamı heyətinə qatmağa hazırlaşır.

"Dinamo” 24 yaşlı yarımmüdafiəçi ilə yollarını ayırıb. Seneqallı futbolçu da müqaviləsinə uyğun olaraq Budapeştin MTK klubuna qayıdıb. Ancaq məxsus olduğu klub onun transfer edilməsini arzu edir.

Azərbaycanda qış transfer pəncərəsi 9 fevral tarixində bağlandığı üçün "Neftçi”nin yeni hədəfi ya azad agent olmalı, ya da təmsilçimiz növbəti transfer mövsümün gözləməlidir.

Qeyd edək ki, Hali Tiam 2017-ci ildə "Dinamo"ya qoşulmuşdu.

Xəbər lenti