Xəzər Xəbər

ÇL-nin bu axşam keçirləcək görüşləri hansı kanalda olacaq?

İdman | 14:22 • 13 Fevral 2018
ÇL-nin bu axşam keçirləcək görüşləri

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdə bir final mərhələsinin oyunlarına start veriləcək.

XəzərXəbər-in məlumatına görə, mərhələnin ilk oyun gününün mərkəzi görüşündə İtaliya təmsilçisi "Yuventus” doğma meydanda İngiltərənin "Tottenhem” klubunu qəbul edəcək. Bu komandalar indiyədək cəmi iki dəfə üz-üzə gəliblər. 2016-cı ildə baş tutan qarşılaşmada "Yuventus” 2:1 hesablı qələbə qazandığı halda, ötən il keçirilən görüş "Tottenhem”in qələbəsi ilə yekunlaşıb (2:0).

Günün digər qarşılaşmasında isə daha bir ingilis klubu "Mançester Siti” səfərdə İsveçrə "Bazel”in qonağı olacaq.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

13 fevral

23:45. "Bazel” (İsveçrə) – "Mançester Siti” (İngiltərə) (İdman Azərbaycan)

Baş hakim: Yunas Eriksson (İsveç)

23:45. "Yuventus” (İtaliya) – "Tottenhem” (İngiltərə)(МатчТВ)

Baş hakim: Feliks Brıx (Almaniya).

Xəbər lenti