Xəzər Xəbər

“Mançester Siti” ən bahalı klubdur

İdman | 13:54 • 13 Fevral 2018
“Mançester Siti” ən bahalı klubdur

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Avropanın beş böyük liqasında – İspaniya, İngiltərə, İtaliya, Fransa və Almaniya çempionatlarında çıxış edən klubların heyətlərindəki futbolçuların qiymətlərinə görə ən bahalı komandaların adlarını açıqlayıb.

Mərkəzin saytı xəbər verir ki, "Mançester Siti” heyətindəki futbolçuların dəyərinə görə futbol tarixinin ən bahalı klubu olub. Premyer Liqaya liderlik edən klubun heyətindəki futbolçuların ümumi dəyəri 878 milyon avrodur. Komanda baş məşqçi Pep Qvardiolanın gəlişindən sonra transferlərə 500 milyon avrodan çox vəsait sərf edib.

Ümumilikdə 98 klubun yer aldığı siyahıda ikinci yerdə PSJ (805 milyon avro) qərarlaşıb. İlk üçlüyü "Mançester Yunayted” (747 milyon avro) tamamlayıb. Sonrakı yerləri "Barselona” (725 milyon avro), "Çelsi” (592 milyon), "Real Madrid” (497 milyon), "Liverpul” (461 milyon) və digər komandalar tutublar.

Xəbər lenti