Xəzər Xəbər

Nə Messi, nə Ronaldo, nə də Neymar O futbolçu hamını GERİDƏ QOYACAQ

İdman | 16:22 • 12 Fevral 2018
Nə Messi, nə Ronaldo, nə də Neymar

"Tottenhem Hotspur”da forma geyinən Harri Keyn braziliyalı Neymarın "ən bahalı futbolçu” statusunu əlindən almağa hazırlaşır.

İtaliya nəhəngi "Yuventus” Harri Keyn üçün 250 milyon avro ödəmək niyyətindədir.

"Don Balon”un xəbərinə görə, "Yuventus” Harri Keyni Paulo Dibalanın yeni partnyoru olaraq düşünür. Bundan əvvəl H.Keynin adı sıx şəkildə "Real Madrid”lə birgə çəkilirdi.

Qeyd edək ki, "Yuventus” Çempionlar Liqasının son 16 turunda "Tottenhem” ilə qarşılaşacaq.

"Transfermarkt" ingiltərəli futbolçuya 120 milyon avro qiymət qoyub./publika.az


Xəbər lenti