Xəzər Xəbər

"Barselona" 86 illik rekordun İZİNƏ DÜŞDÜ- Gerçəkləşərsə...

İdman | 12:49 • 11 Fevral 2018
"Barselona" 86 illik rekordun

İspaniya La Liqasının 22-ci həftəsində də məğlub olmayaraq komanda rekordunu təzələyən "Barselona” qalibiyyət seriyasını davam etdirib 86 il sonra İspaniya liqasında bir ilki gerçəkləşdirməyə çalışacaq.

Katalonlar "Real Madrid”dən sonra mövsümü məğlubiyyət görməyən komanda kimi bitirməyə cəhd göstərir.

Ernesto Valverdenin baş məşqçiliyi altında 18 qalibiyyət, 4 bərabərlik əldə edən "Barselona” 1929-1930-cu il mövsümündə çempionluq yaşayan "Atletiko Bilbao” və 1931-1932-ci il mövsümü ilk sırada başa vuran "Real Madrid”dən sonra liqanı məğlubiyyətsiz tamamlamağa çalışan 3-cü klub olmaq istəyir.

Qeyd edək ki, "Atletiko Bilbao” 10 komandanın mübarizə apardığı mövsümdə 12 qalibiyyət, 6 bərabərlik, "Real Madrid” isə 10 qalibiyyət, 8 bərabərliklə çempion olmuşdu.

"Barselona” qalibiyyət seriyasını qoruya bilsə, Avropanın 5 böyük liqa tarixində rekord qıran 18-ci komanda olacaq.

Xəbər lenti