Xəzər Xəbər

Buffon “Yuventus”un heyətində 500-cü oyununu keçirib

İdman | 09:30 • 10 Fevral 2018
Buffon “Yuventus”un heyətində 500-cü oyununu keçirib

İtaliya A seriyasının 24-cü turu çərçivəsində keçirilən "Fiorentina” – "Yuventus” matçı Canluici Buffon üçün əlamətdar olub.

Xezerxeber.az-ın məlumatına görə, Turin klubunun əfsanəvi qapıçısı doğma komandasında yubiley oyununa çıxıb.

Belə ki, "Fiorentina” ilə qarşılaşmada Buffon A seriyasında 500-cü dəfə forma geyinib.

Qeyd edək ki, "Yuventus” rəqibini 2:0 hesabı ilə məğlub edib.

Xəbər lenti

Çox oxunanlar