Xəzər Xəbər

“İnter” klubu 20 yaşlı argentinalı forvardla razılığa gəlib

İdman | 17:52 • 9 Fevral 2018
“İnter” klubu 20 yaşlı argentinalı forvardla razılığa gəlib

"Rasinq Avelyaned” futbol klubunun hücumçusu Lautaro Martines bu yay "İnter”ə keçəcək.


AZƏRTAC xəbər verir ki, Milan klubu 20 yaşlı argentinalı forvardla 20 milyon avro və bu məbləğə 2 milyon bonus da əlavə olunmaqla transfer razılığına gəlib.


Bununla yanaşı, "Rasinq” klubu Martinesin gələcəkdə baş tutacaq təkrar satışından əldə olunan gəlirin 10 faizini qazanıb.


"Real”, "Atletiko”, "Mançester Yunayted” və "Valensiya” komandalarının maraq dairəsində olan oyunçu tezliklə İtaliyada tibbi müayinədən keçə bilər.

Xəbər lenti