"Arsenal"ın futbolçusu Fransiz Koklen karyerasını İspaniyada davam etdirəcək.
Bu barədə "topçular"ın baş məşqçisi Arsen Venger məlumat verib. Mütəxəssis bildirib ki, 26 yaşlı dayaq yarımmüdafiəçi "Valensiya"ya keçib. Onunla 2022-ci ilə kimi müqavilə bağlanılıb. "Yarasalar" bu keçid üçün 14 milyon funt-sterlinqindən keçib.
Fransalı futbolçu "Arsenal"ın heyətində 105 oyuna çıxıb.