Xəzər Xəbər

Avropadan Çinə daha bir rekord transfer: 74 milyon avro

İdman | 18:28 • 11 Yanvar 2018
Avropadan Çinə daha bir rekord transfer:

Bir dönəm "Bursaspor"da oynamş və sonradan "Vilyareal"a transfer olan Sedrik Bakambu da Çinə getdi.


Futbolçu "Pekin Quon"la müqavilə bağlayıb. Çin klubu bu transferə görə 74 milyon avro xərcə düşəcək.


Klub bu məbləğin 34 milyon avrosunu Çin Futbolu İnkişaf Fonduna, 40 milyonunu isə "Vilyareal"a ödəyəcək. Çin klubu ilə 4 illik müqavilə bağlayan Bakambu illik 18 milyon avro qazanacaq.

Bakambu bu transferlə Afrikanın ən bahalı futbolçusu olub.


Sedrik bu mövsüm La Liqada meydana çıxdığı 15 matçda 9 qola imza atıb./fanat.az

Xəbər lenti