Xəzər Xəbər

Ermənistanda danışılmış oyun faktı ilə əlaqədar araşdırmalara başlanılıb

İdman | 13:12 • 11 Yanvar 2018
Ermənistanda danışılmış oyun faktı ilə əlaqədar araşdırmalara başlanılıb

Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyan danışılmış oyun faktı iləəlaqədar ölkənin Milli TəhlükəsizlikXidmətinə (MTX) müraciət edib.

"Report”un "Aysor”a istinadən verdiyi məlumata görə, artıq futbol oyunlarının nəticəsinin manipulyasiyası ilə bağlı cinayət işi açılıb. İstintaq Komitəsinin (İK) məsləhətçisi Sona Truzyan məsələ ilə bağlı bildirib ki, MTX işi İK-ya verib: "Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan UEFA-dan hesabat alandan dərhal sonra MTX-yə müraciət edib".

Qeyd edək ki, UEFA ötən il oktyabrın 20-də Ermənistan çempionatının I Divizionunda XII tur çərçivəsində baş tutmuş "Lori” – "Erebuni” görüşünün (5:0) danışılmış olması ilə bağlı hesabat hazırlayıb. Müvafiq sənədlər araşdırlması üçün EFF-yə göndərilib.

Xəbər lenti