Xəzər Xəbər

İtaliya millisi Di Byacoya tapşırıldı

İdman | 12:55 • 11 Yanvar 2018
İtaliya millisi Di Byacoya tapşırıldı

Futbol üzrə İtaliya yığmasının baş məşqçi postu Luici Di Byacoya tapşırılıb.

Bu barədə İtaliya Futbol Federasiyasının (İFF) prezidenti postuna namizəd olan Damiano Tommazi yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, "skuadra adzurra"nı qarşıdakı Argentina və İngiltərə ilə yoxlama oyunlarına məhz Di Byaco çıxaracaq.

Lakin İtaliyanın gənclərdən ibarət millisinin çalışdırıcısı əsas yığmaya müvəqqəti rəhbərlik edəcək. İFF hazırda yeni baş məşqçi axtarışındadı.

Xatırladaq ki, İtaliya yığması Campyero Venturanın istefasından bəri baş məşqçisiz qalıb. O, komandanı DÇ-2018-ə çıxara bilmədiyinə görə istefaya göndərilib.

İtaliya yığması martın 23-də İsveçrədə Argentina ilə, həmin ayın 27-də isə Londonda İngiltərə ilə sınaq matçına çıxmağı planlaşdırır.(komanda)

Xəbər lenti