Xəzər Xəbər

Ardanı Türkiyəyə göndərən Messi imiş

İdman | 12:29 • 11 Yanvar 2018
Ardanı Türkiyəyə göndərən Messi imiş

"Başakşəhər"lə razılaşma əldə edən Arda Turanla bağlı daha bir xəbər yayılıb.

Türkiyəli ulduzun Lionel Messi ilə mübahisəli münasibətlərinin olduğu iddia edilir.

"Don Balon" nəşrinin verdiyi məlumata görə, Messi soyunma otağında belə Ardaya salam vermirmiş. Argentinalı ulduzun bu münasibətinin səbəbi isə türk futbolçunun yetərincə işləməməsi və komandanın uğuru üçün əmək sərf etməməsidir. Messi Ardanın istedadlı futbolçu olduğunu, amma yetərincə çalışaraq bunu ortaya qoymadığını düşünür. Buna görə də Messi türk futbolçunun komandadan göndərilməsində maraqlı olub.

Qeyd edək ki, bu xəbər Messinin "Barselona”dakı söz haqqından istifadə etməsi ilə bağlı ilk belə iddia deyil. Tez-tez klubda Messinin diktatorluq etdiyi və rəhbərliyin işinə qarışdığı şayiələri yayılır.

Xəbər lenti